Çin İranın bir neçə həftə ərzində Çin istehsalı olan 400-ə qədər hava hücumundan müdafiə raket sisteminin ilk partiyasını alacağı ilə bağlı məlumatları təkzib edib.
Milli.Az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq açıqlama verib.
O bildirib ki, yayılan məlumatlar heç bir fakta əsaslanmır və əsassızdır.
"Bu məlumatlar tamamilə əsassızdır. Çin dəfələrlə müvafiq məsələlərlə bağlı mövqeyini açıqlayıb. Çin hər zaman sülhün və münaqişələrin dayandırılmasının tərəfdarı olub", - deyə Mao Ninq qeyd edib.
Qeyd edək ki, daha əvvəl "Reuters" agentliyi mənbələrinə istinadən İranın Çindən 400-ə qədər hava hücumundan müdafiə raket sisteminin ilk partiyasını alacağını yazmışdı.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)