Bu gün UEFA Avropa Liqası və Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ", "Zirə" və **"Neftçi"**nin matçları televiziya vasitəsilə canlı yayımlanacaq.
Milli.Az xəbər verir ki, qarşılaşmalar aşağıdakı telekanallarda nümayiş olunacaq:
20:00 - "Zirə" - "Payde" (Estoniya) - "İdman TV"
21:00 - "Dinamo" (Minsk, Belarus) - "Neftçi" - "İctimai TV"
22:00 - MOİK (Bolqarıstan) - "Qarabağ" - "CBC Sport"
Azərbaycan təmsilçiləri növbəti mərhələyə yüksəlmək uğrunda vacib cavab görüşlərinə çıxacaqlar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)