Azərbaycanda külək güclənib - Faktiki hava açıqlanıb

30 İyul 2026 16:15

Milli Hidrometeorologiya Xidməti iyulun 30-u saat 15:00-a olan faktiki hava şəraiti barədə məlumat yayıb.

Bildirilib ki, hazırda ölkənin bəzi bölgələrində küləkli hava müşahidə olunur.

Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 17 m/s qeydə alınıb. Goranboyda cənub-qərb küləyi 19 m/s, Naftalanda isə 18 m/s sürətlə əsir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)