İran ABŞ-ın İordaniyadakı "Əl-Əzraq" aviabazasına endirilən zərbə nəticəsində 3 ədəd F-35 qırıcısının məhv edildiyini iddia edib.
Milli.Az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi xəbər yayıb.
Məlumata əsasən, SEPAH ABŞ-ın Qeşm adasına endirdiyi və iki valideynlə bir uşağın həlak olduğu zərbəyə cavab olaraq İordaniyadakı "Əl-Əzraq" aviabazasını ballistik raketlərlə hədəfə alıb.
İran tərəfi bildirir ki, hücum zamanı F-35 qırıcılarının yerləşdiyi perron və texniki xidmət anqarı vurulub. İddiaya görə, nəticədə 3 F-35 tamamilə məhv edilib, daha 3 təyyarəyə ciddi ziyan dəyib.
Həmçinin hücum zamanı amerikalı zabitlərin və texniki heyət üzvlərinin öldüyü iddia olunur.
ABŞ və İordaniya rəsmiləri isə bu iddiaları hələlik təsdiqləməyiblər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)