"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah yeni mövsüm öncəsi istirahətini Yunanıstanda keçirməsi ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, misirli futbolçu tətil zamanı xüsusi mühafizəçilərin müşayiəti altında görüntülənib. Sosial şəbəkələrdə yayılan kadrlarda onun təhlükəsizlik tədbirləri altında istirahət etdiyi əks olunub.
Məlumata görə, gərgin mövsümdən sonra dincəlmək üçün Yunanıstana yollanan Salah ölkənin lüks istirahət bölgələrindən birində vaxt keçirib. Dünyanın ən tanınmış futbolçularından biri olan ulduzun şəxsi mühafizəçilərlə hərəkət etməsi də diqqətdən yayınmayıb.
Qısa müddətdə geniş yayılan görüntülər futbolsevərlər arasında maraqla qarşılanıb. Bildirilir ki, Mohamed Salah istirahətini başa vurduqdan sonra yeni mövsümün hazırlıqlarına qoşulacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)