Türkiyənin Adana şəhərində havaların kəskin istiləşməsi ilə birlikdə gənclər sərinlənmək üçün təhlükəli üsullara əl atırlar.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yüksək temperaturdan qorunmaq istəyən bəzi sakinlər boğulma riski olmasına baxmayaraq suvarma kanalları və çaylarda çimməyə davam edirlər.
Məlumata görə, yay mövsümünün başlanmasından indiyədək Adanada bu səbəbdən 11 nəfər həyatını itirib.
Səlahiyyətli qurumlar vətəndaşlara təhlükəli su hövzələrinə girməmələri barədə dəfələrlə xəbərdarlıq etsələr də, bəzi şəxslər bu çağırışlara məhəl qoymurlar.
Mütəxəssislər bir daha bildirirlər ki, suvarma kanalları və axını güclü olan çaylarda çimmək ciddi təhlükə yaradır və faciəvi nəticələrə səbəb ola bilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)