Ermənistan hökuməti istefa verəcək - Paşinyan açıqladı

30 İyul 2026 14:13

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin yeni parlamentin ilk iclasından əvvəl istefa verəcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Paşinyan Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, bu, 9-cu çağırış Milli Assambleyanın formalaşması ərəfəsində hökumətin son iclasıdır.

O qeyd edib ki, Ermənistan Konstitusiyasına uyğun olaraq, yeni parlament fəaliyyətə başlamazdan əvvəl hökumət texniki olaraq istefa verir. Bundan sonra prezident parlament çoxluğunun irəli sürdüyü namizədi baş nazir vəzifəsinə təyin edir.

Qeyd edək ki, Ermənistan Milli Assambleyasının yeni tərkibi avqustun 2-də ilk iclasını keçirəcək. Yeni parlament daha sonra ölkənin yeni hökumətini formalaşdıracaq.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)