"Union Qilloise" klubunun şərəfini qoruyan qanalı futbolçu Mohammed Fuseini xoşagəlməz hadisə ilə üzləşib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, futbolçu Belçikanın paytaxtı Brüsseldə naməlum şəxslərin hücumuna məruz qalıb.
Məlumata görə, hadisə zamanı qarətçilər Mohammed Fuseininin mobil telefonunu və qol saatını ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.
Baş verən insident futbolsevərlər arasında narahatlıq yaradıb. Hadisə ilə bağlı görüntülər və məlumatlar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.
Hazırda insidentlə bağlı araşdırmaların aparıldığı bildirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)