Əməkdar artist Dilarə Əliyeva son paylaşımı ilə izləyicilərinin diqqətini çəkib.
Milli.Az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında tərəzinin üzərindəki göstəricini paylaşaraq ümumilikdə 24 kiloqram çəki itirdiyini bildirib.
Dilarə Əliyeva bu nəticəyə sağlam qidalanma sayəsində nail olduğunu qeyd edib. O, artıq özünü əvvəlkindən daha yüngül və rahat hiss etdiyini də vurğulayıb.
Aktrisa paylaşımında hazırda çəkisinin 59 kiloqram olduğunu açıqlayıb.
Qeyd edək ki, Dilarə Əliyeva daha əvvəl də arıqlama prosesindən danışaraq, sağlam həyat tərzi, düzgün qidalanma və həkim nəzarəti altında əldə etdiyi nəticələri izləyiciləri ilə bölüşmüşdü.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)