Yevlaxda 16 yaşlı qız qida zəhərlənməsindən öldü

30 İyul 2026 11:17

Yevlax rayonunda 16 yaşlı yeniyetmə qida zəhərlənməsindən ölüb.

Milli.Az Report-a istinadla xəbər verir ki, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)