Xiyar və pomidorun birlikdə yeyilməsinin zərərli olması barədə iddiaları təsdiqləyən elmi sübut yoxdur.
Milli.Az xəbər verir ki, bunu qastroenteroloq Yevgeni Belousov deyib.
Həkim bildirib ki, bu tərəvəzlərdən sonra yaranan köp və qaz əsasən tərkibindəki həzm olunmayan liflər və karbohidratlarla, həmçinin insanın fərdi həzm xüsusiyyətləri və qəbul edilən qidanın miqdarı ilə bağlıdır. Bu hal xüsusilə həssas bağırsağı olan insanlarda daha çox müşahidə olunur və adətən qısa müddətdə keçib gedir.
Belousov əlavə edib ki, salata qatılan soğan, kələm və paxlalılar qaz yaranmasını artıra, yağlı və südlü souslar isə həzmi çətinləşdirə bilər. Onun fikrincə, salatlara az miqdarda bitki yağı əlavə etmək daha faydalı seçimdir. Uzun sürən şişkinlik, güclü qarın ağrısı, qanama və ya səbəbsiz çəki itkisi olduqda isə həkimə müraciət etmək lazımdır.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)