Azərbaycan nefti bahalaşdı

30 İyul 2026 10:46

Dünya bazarlarında Azərbaycanın "Azeri Light" (CIF) markalı neftinin qiyməti yüksəlib.

Milli.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 6,97 dollar və ya 7,64% artaraq 98,19 dollara çatıb.

Dəyişikliklərlə bağlı bazar göstəricilərinə əsasən, "Azeri Light" üzrə qiymət artımı enerji bazarındakı dinamika ilə əlaqələndirilir. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)