BƏƏ-də qeydə alınan maraqlı görüntülər sosial şəbəkələrdə geniş yayılaraq istifadəçilərin diqqətini çəkib.
Milli.Az xəbər verir ki, videoda dünyaca məşhur keçmiş futbolçu Quarejma oranqutan meymunu ilə maraqlı anlar yaşayır.
Kadrlarda oranqutanın Quarejmanın qarın əzələlərini diqqətlə yoxlaması və maraqla incələməsi əks olunub. Meymunun qeyri-adi davranışı futbolçunun da gülüşünə səbəb olub.
Qısa müddətdə viral olan görüntülər sosial şəbəkələrdə minlərlə baxış toplayıb. İzləyicilər videoya çoxsaylı gülməli şərhlər yazaraq həmin anların olduqca maraqlı və əyləncəli olduğunu bildiriblər.
Quaresma ilə oranqutan arasında yaşanan bu qeyri-adi qarşılaşma günün ən maraqlı videolarından biri kimi qiymətləndirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)