"MasterChef"in qalibi evində ölü tapıldı

29 İyul 2026 23:23

"MasterChef Türkiyə 2021" qalibi, aşpaz Eren Kaşıkçı İstanbulda yaşadığı evdə ölü tapılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Kilyosdakı evində vəfat edib.

Onun şübhəli ölümü ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.

Hadisənin təfərrüatları ilə bağlı istintaq davam edir./Axşam.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)