Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti Habil Əliyevin adı verilib.
Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Mədəniyyət Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)