Flaminqoların sirri - Niyə bir ayaq üstə dayanırlar?

30 İyul 2026 00:03

Flaminqolar uzun illərdir bir ayaq üstə uzun müddət dayanmaq vərdişləri ilə insanların marağına səbəb olur. Alimlər isə bu qeyri-adi davranışın arxasında kifayət qədər sadə səbəbin dayandığını müəyyən ediblər.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, əsirlikdə saxlanılan Karib flaminqoları üzərində aparılan araşdırma göstərib ki, bir ayaq üstə dayanmaq quşlara bədən istiliyini qorumağa kömək edir.

Mütəxəssislərin fikrincə, bu davranış digər su quşlarında, o cümlədən bəzi sahil quşlarında da müşahidə oluna bilər. Soyuq su bədəndən istiliyi sürətlə çəkir. Buna görə də vaxtının böyük hissəsini suda keçirən quşların istilik itkisini azaltması mühüm əhəmiyyət daşıyır.

Flaminqo ayaqlarından birini qaldıraraq lələklərinin arasında gizlədir. Beləliklə, suda yalnız bir ayağı qalır, digəri isə soyuqdan qorunur.

Araşdırma zamanı alimlər bu davranışla bağlı digər ehtimalları da yoxlayıblar. Onlar bir ayaq üstə dayanmağın ayaqların yorğunluğunu azaltması, quşun daha tez havaya qalxmasına kömək etməsi və ya tarazlığı daha yaxşı saxlamağa imkan verməsi barədə fərziyyələrə təsdiq tapmayıblar. Bu nəticəyə ayrıca işarələnmiş quşların uzunmüddətli müşahidəsi nəticəsində gəlinib.

Quşlarla bağlı başqa maraqlı faktlar da mövcuddur. Alimlər daha əvvəl quş nəğmələrinin sirrini araşdıraraq minlərlə quş növünün səslərinin səkkiz əsas səsin müxtəlif kombinasiyalarından yarandığını müəyyən ediblər. Xüsusilə sərçəkimilər dəstəsinə aid quşlar əsasən özlərinə cüt cəlb etmək və ya rəqiblərini uzaqlaşdırmaq üçün oxuyurlar. Onların nəğmələri təkrarlanan sadə səslərdən mürəkkəb melodiyalara qədər dəyişə bilər./Lent.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)