"Qarabağ"ın keçmiş qapıçısı Türkiyə klubuna keçdi

29 İyul 2026 17:44

"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili Türkiyə Superliqasında mübarizə aparan "Göztəpə" komandasına keçib.

Milli.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İzmir təmsilçisi 26 yaşlı gürcüstanlı qolkiperi Yunanıstanın PAOK komandasından 1 illik icarəyə götürüb.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"da çıxış edib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)