"Azəriqaz" İstehsalat Birliyi təmir-quraşdırma işləri ilə əlaqədar sabah bəzi yaşayış məntəqələrində qaz təchizatının müvəqqəti dayandırılacağını açıqlayıb.
Məlumata görə, işlər iyulun 30-da saat 08:00-da başlayacaq və başa çatanadək Xırdalan şəhərinin bir hissəsinə, eləcə də Atyalı, Qobu, Hökməli, Pirəküşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrinə təbii qazın verilişində fasilə yaranacaq.
Bundan başqa, Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərinin sakinləri də bu müddətdə qazsız qalacaqlar.
"Azəriqaz" abonentlərdən aparılan işləri nəzərə almalarını və müvəqqəti narahatlığa görə anlayış göstərmələrini xahiş edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)