"Rayo Valyekano" ilk ev oyununu başqa stadionda keçirəcək

29 İyul 2026 13:03

Madrid şəhər rəhbərliyi təhlükəsizliklə bağlı ciddi nöqsanlar aşkar edildikdən sonra "Rayo Valyekano"nun doğma stadionu olan "Valyekas" arenasının fəaliyyətini müvəqqəti dayandırıb.

Məlumata görə, texniki baxış zamanı stadionun yanğından mühafizə sistemi, elektrik infrastrukturu və fövqəladə hallarda istifadə olunan işıqlandırma sisteminin mövcud standartlara cavab vermədiyi müəyyən edilib. Bu səbəbdən arenada təcili təmir və yenidənqurma işlərinin aparılmasına qərar verilib.

İlkin hesablamalara əsasən, təmir prosesinin 2-6 ay davam edəcəyi gözlənilir.

La Liqanın 2026/2027 mövsümü avqustun 15-də başlayacaq. "Rayo Valyekano" avqustun 20-də keçirəcəyi ilk ev matçını isə "Valyekas" hazır olmayacağı üçün başqa stadionda oynamaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, Madrid təmsilçisi ötən mövsüm La Liqanı 8-ci pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə qazanmış və klub tarixində ilk dəfə avrokuboklarda medal əldə etmişdi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)