Rusiyalı komediyaçı Maksim Qalkin 12 yaşlı qızı Liza ilə yeni fotosunu paylaşıb.
Milli.Az olay.az-a istinadən xəbər verir ki, məşhur yumor ustası ailə oxşarlığı ilə zarafat edərək vizual effekt vasitəsilə qızının açıq rəngli saçlarını öz üzərində sınayıb.
Şəxsi bloqunda paylaşdığı fotoda ata və qız birlikdə obyektiv qarşısına keçiblər. Qalkin vizual effekt sayəsində Lizanın saç düzümünə bənzər açıq rəngli saçlarla görüntülənib. Əyləncəli paylaşım sənətçinin izləyicilərinin üzündə təbəssüm yaradıb.
Qeyd edək ki, Rusiyanın Xalq artisti Alla Puqaçova və Maksim Qalkinin qızının adı Yelizavetadır. O, 18 sentyabr 2013-cü ildə əkiz qardaşı Harri ilə birlikdə surroqat ana vasitəsilə dünyaya gəlib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)