Abşeronda 3 aylıq körpə öldü

29 İyul 2026 12:46

Abşeron rayonunda 3 aylıq körpə vəfat edib.

"Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə iyulun 28-i saat 08 radələrində Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, 10 aprel 2026-cı il təvəllüdlü Səccad Axundov evdə asfiksiyadan (boğulma) ölüb.

Onun hansı səbəbdən boğulduğu hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)