Magistraturaya qəbulun nəticələri nə zaman elan olunacaq?

29 İyul 2026 13:14

"Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir".

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)