Magistraturaya qəbulun nəticələri nə zaman açıqlanacaq?

29 İyul 2026 11:47

"Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir".

Milli.Az istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)