Təranə Quliyevaya yüksək vəzifə verildi

29 İyul 2026 10:59

Nərimanov Tibb Mərkəzinə yeni direktor təyinatı olub. 

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Təranə Əmirxan qızı Quliyeva təyin olunub.

Qeyd edək ki, T.Quliyeva bu təyinatadək Şağan Reabiltasiya Pansionatının direktoru vəzifəsində çalışıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)