Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

29 İyul 2026 10:17

Türkiyənin İstanbul şəhərinin Üsküdar rayon bələdiyyəsinin sədri Sinəm Dedetaş saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, rüşvət alma, mənimsəmə və cinayət törətmək məqsədilə qruplaşma yaratmaq iddiaları ilə bağlı istintaq başladılıb. İstintaq çərçivəsində 11 fərqli ünvanda əməliyyat gerçəkləşdirilib.

Əməliyyat nəticəsində Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş və digər 5 nəfər saxlanılıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)