MTV Azərbaycanın aparıcısı Gülnar Şəhliyarli sosial şəbəkədə etdiyi yeni paylaşımı ilə izləyicilərin marağına səbəb olub.
Milli.Az xəbər verir ki, teleaparıcı istirahət zamanı anası ilə birlikdə çəkdirdiyi fotonu şəxsi sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Səmimi anların əks olunduğu paylaşım qısa müddətdə çoxsaylı bəyənmə və şərh toplayıb. İzləyicilər aparıcının anası ilə birgə görüntülərini böyük maraqla qarşılayaraq onlara xoş arzularını çatdırıblar.
Həmin paylaşımı təqdim edirik:
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)