Trampın vida mərasimindəki davranışları gündəm oldu - (Video)

29 İyul 2026 10:12

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının 71 yaşında vəfat edən mərhum senator Lindsi Qremlə Vaşinqtonda keçirilən vida mərasimində həm çıxışı, həm də davranışları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Vaşinqton Milli Kafedralında keçirilən mərasimdə ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Ceyms Devid Vens, maliyyə naziri Skott Bessent, İsrailin Baş naziri Benyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski də daxil olmaqla bir sıra yüksəksəviyyəli şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən Tramp Qremlə son 10 ildə yaxın dost olduğunu bildirib, onun ABŞ siyasətindəki rolunu yüksək qiymətləndirib.

Lakin mərasimin hüznlü ab-havasında Tramp, Vens və Bessentin davranışı da sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Dini himnlərin səsləndiyi vaxt kameralara düşən görüntülərdə Trampın cibindən kiçik konfet çıxararaq Vensə təklif etdiyi, daha sonra onların Skott Bessentlə birlikdə qısa söhbət edib güldüyü əks olunub. Həmin görüntülər sosial mediada sürətlə yayılıb.

Bununla yanaşı, Trampın mərasimdən ayrılarkən tabuta yaxınlaşaraq əlini onun qapağına vurması da diqqətdən yayınmayıb. Hadisə şahidləri və bəzi siyasətçilər bu addımı mərhum senatora şəxsi yaxınlığın və özünəməxsus ehtiramın ifadəsi kimi dəyərləndiriblər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)