Hacan Hacısoy vəfat etdi

29 İyul 2026 09:22

Tanınmış neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Hacan Hacısoy 1996-2004-cü illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)