Azərbaycanın daha bir yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
Mili.Az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada hindistanlı Kunal Daqara qalib gələrək yığmanın aktivinə növbəti bürünc medalı yazdırıb.
Daha əvvəl təmsilçilərimizdən Ömər Salmanov (48 kq) mundialda üçüncü yeri tutub./"Report"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)