ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının Birləşmiş Ştatların nəzarətində olduğunu bildirib.
Milli.Az xəbər verir ki, o bu fikirləri "Fox News"a verdiyi müsahibədə səsləndirib.
"Hazırda dəniz blokadası tətbiq olunur və boğazdan yalnız bizim keçməsinə icazə verdiyimiz gəmilər keçir. Boğaza İran deyil, biz nəzarət edirik", - deyə Amerika lideri bəyan edib./"Qafqazinfo"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)