Güləşçimiz erməni rəqibini məğlub edib yarımfinala yüksəldi

28 İyul 2026 16:38

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında növbəti qələbəsini qazanıb.

Milli.Az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda ermənistanlı Gevorq Harutyunyanı 6:4 hesabı ilə məğlub edib.

O, yarımfinala yüksəlib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)