Nanə efirə qayıdır

28 İyul 2026 16:06

Bir müddətdir efirdən uzaq qalan aparıcı Nanə Ağamalıyeva yeni televiziya mövsümündə tamaşaçı qarşısına çıxacaq.

Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı "Nanəli" verilişi ilə fəaliyyətini davam etdirəcək. Proqramın hazırlıqlarına ötən televiziya mövsümündən başlanılıb.

Qeyd edək ki, ATV-də yayımlanan bir çox proqramın yeni mövsümdə efirə qayıtmayacağı gözlənilir. Aparıcılığını Afaq Gəncəlinin etdiyi "Afaqla 10lar" verilişi isə tamaşaçılarla görüşünü davam etdirəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)