İranın Ukraynaya raket zərbəsi endirəcəyi iddia olunur

28 İyul 2026 15:30

İranın yaxın günlərdə Ukrayna ərazisini ballistik raketlərlə hədəfə ala biləcəyi barədə iddia yayılıb.

Milli.Az xəbər verir ki, Ukraynanın "İnsayder Ukrayna" Teleqram kanalı Tehranın iki gün ərzində Ukraynaya üç ballistik raket atmağı planlaşdırdığını bildirib.

Məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, Ukraynanın Xəzər dənizində İrana məxsus yük gəmisinə hücum etməsindən sonra Tehran bu addıma cavab veriləcəyini açıqlamışdı.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)