İranda iki nəfər edam edildi

28 İyul 2026 15:42

İranda bu ilin əvvəlində İsfahanda keçirilən etiraz aksiyaları zamanı polisə hücumda təqsirli bilinən iki nəfər barəsində çıxarılan edam hökmü icra edilib. Edam cəzası İsfahan əyalətinin Məlikşəhr şəhərində, ictimaiyyətin iştirakı ilə həyata keçirilib.

Milli.Az xəbər verir ki,Əbülfəzl Sepahi Bəcani və Əmir-Hüseyn Səfəri Hüseynabadi 2026-cı il yanvarın 8-də polis əməkdaşlarını yandırmaqda və silahlı hücumda ittiham olunublar.

Onlara, həmçinin "moharebe" ("Allaha qarşı müharibə aparmaq") maddəsi ilə də hökm çıxarılıb.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)