ABŞ-da güclü qasırğa: 30 mindən çox ev işıqsız qaldı

28 İyul 2026 14:52

ABŞ-ın Viskonsin ştatında baş verən güclü qasırğa ciddi fəsadlar törədib.

ABŞ Milli Hava Xidmətinin məlumatına görə, qasırğa nəticəsində geniş ərazilərdə dağıntılar qeydə alınıb, 30 mindən çox ev isə elektrik enerjisiz qalıb.

Bildirilib ki, təbii fəlakət zamanı ölən və ya xəsarət alan olmayıb. Elektrik təchizatının tam bərpasının bir neçə gün çəkəcəyi gözlənilir.

Hazırda aidiyyəti qurumlar qasırğanın zərər vurduğu ərazilərdə bərpa işlərini davam etdirirlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)