Məşhur aktyorla futbolçu dənizin ortasında yallı getdi - (Video)

28 İyul 2026 15:00

Türkiyənin Alaçatı bölgəsində istirahət edən Yılmaz Erdoğan və Caner Erkin maraqlı görüntüləri ilə sosial şəbəkələrin gündəminə çevriliblər.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, dənizdə bir araya gələn ikili halay çəkərək əyləncəli anlar yaşayıb. Onların səmimi davranışları və yüksək əhval-ruhiyyəsi ətrafdakıların da diqqətini cəlb edib.

Sosial şəbəkələrdə qısa zamanda yayılan görüntülər minlərlə baxış, bəyənmə və şərh toplayıb. İstifadəçilər Yılmaz Erdoğan və Caner Erkinin təbii və mehriban münasibətlərini yüksək qiymətləndirərək paylaşımı geniş müzakirə ediblər.

Dənizin ortasında halay çəkmələri isə sosial mediada maraqlı və yumor dolu rəylərin yazılmasına səbəb olub. Bir çox izləyici bu anları yay mövsümünün ən əyləncəli görüntülərindən biri adlandırıb.

Qısa müddətdə viral olan kadrlar müxtəlif platformalarda da sürətlə yayılaraq maqazin gündəminin ən çox danışılan mövzularından birinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)