Fransa Prezidenti Emmanuel Makron Türkiyənin meşə yanğınlarının söndürülməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
O, bu barədə X sosial şəbəkəsində paylaşım edərək, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklının paylaşımını yenidən paylaşıb və "Təşəkkür edirəm, Türkiyə!" ifadəsini yazıb.
Qeyd edək ki, Türkiyə Fransada davam edən genişmiqyaslı meşə yanğınlarının söndürülməsinə dəstək məqsədilə iki yanğınsöndürmə təyyarəsi göndərib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)