Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib

28 İyul 2026 13:42

"Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə" təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Qeyd edək ki, "Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə" 2026-cı il aprelin 25-də Qəbələ şəhərində imzalanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)