Müğənni Lətifə sosial şəbəkədə paylaşdığı görüntülərlə izləyicilərinin marağına səbəb olub.
Milli.Az xəbər verir ki, sənətçi bu dəfə "Celine" brendinə məxsus çanta və səndəlini nümayiş etdirib. Lətifə bildirib ki, hər iki aksessuarı təxminən bir il əvvəl almasına baxmayaraq, onları dolabında unutduğu üçün indiyədək istifadə etməyib.
Paylaşımda yer alan brend məhsulların qiyməti də diqqət çəkib. Məlumata görə, müğənninin səndəlinin qiyməti 749 dollar, çantasının dəyəri isə 2100 avrodur.
Lətifənin paylaşımı qısa müddətdə sosial şəbəkələrdə yayılıb. İzləyicilər həm sənətçinin zövqlü seçimini, həm də nümayiş etdirdiyi lüks aksessuarları geniş müzakirə ediblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)