İyulun 29-da Abşeron yarımadasının çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində şimal-qərb küləyi əsəcək.
Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 26-27 dərəcə, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 27-28 dərəcə isti olacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)