Sosial şəbəkələrdə dini inancları təhqir edən şəxs tutulub.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə dini inanclı şəxslərlə bağlı qanunvericiliyə zidd paylaşımlar edən 1979-cu il təvəllüdlü Üzeyir Abas polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində prosessual tədbirlər davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)