La Liqa prezidenti Xavyer Tebas 2026-cı il dünya çempionatını tənqid edənlərə həsr olunmuş paylaşımından sonra FIFA prezidenti Canni İnfantinoya müraciət edib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, öz paylaşımında İnfantino tənqidçilərin 2026-cı il dünya çempionatına qarşı şərhlərinə cavab verərək nifrətə son qoymağa çağırıb.
"Bu gün Canni İnfantino öz hesabında və FIFA səhifələrində acınacaqlı bir mesaj yayımladı.
Heç kim futbolun emosiya və birlik üzərində qurulduğunu mübahisələndirmir. Lakin şəffaflıq, yaxşı idarəetmə və hesabatlılıq heç vaxt nifrət deyil; onlar öhdəliklərdir. Güclü qurumlar sual verənləri nüfuzdan salmır və onlara cavab verirlər.
Və daha bir fikir, Canni: bir lider bütün bir mesajı qanuni nəzarəti həyata keçirənləri nüfuzdan salmağa həsr etdikdə, qaçılmaz olaraq sual yaranır... Niyə məhz indi? Bu müdafiə tonunu izah edən bir şey varmı? Bilmədiyimiz bir şey baş verirmi?", - Tebas sosial media səhifəsində yazıb.
DÇ-2026 üç ölkədə - ABŞ, Kanada və Meksikada 11 iyun - 19 iyul tarixlərində keçirilib. İspaniya dünya çempionu olub. Dünya çempionatının finalında İspaniya millisi Argentina ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatsa da, Avropa komandası əlavə vaxtda (1:0) qələbə qolunu vurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)