Meksika millisinin sabiq hücumçusu Xavyer Ernandes (Çiçarito) karyerasını ABŞ-də davam etdirəcək.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 38 yaşlı forvard "Atletiko Dallas"la iki illik müqavilə imzalayıb.
Razılaşmaya əsasən, tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin müddəti daha bir mövsüm uzadıla bilər.
Qeyd edək ki, "Atletiko Dallas" 2027-ci ildən etibarən ABŞ-ın ikinci ən güclü futbol liqası hesab olunan USL-də çıxış edəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)