Sığorta şirkətləri 6 ayda 867 milyon manat topladı

28 İyul 2026 11:23

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən 867,396 milyon manat sığorta haqqı toplanılıb.

Milli.Az-ın Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin ümumi həcmi isə 549,682 milyon manat təşkil edib. Bu da illik müqayisədə 27,2 faiz artım deməkdir.

Beləliklə, ilin ilk 6 ayında sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 63,4 manatı ödənişlərə yönəlib. Ötən ilin müvafiq dövründə bu rəqəm 52,9 manat olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)