Tacikistanda hicab, ərəb üslublu geyimlər və saqqalla bağlı yeni məhdudiyyətlər qanunvericilik səviyyəsində qüvvəyə minib.
Milli.Az xəbər verir ki, yerli KİV-in məlumatına görə, yeni qaydalara əsasən, hakimiyyət orqanları ölkənin milli ənənələrinə uyğun hesab edilməyən geyimlərin istifadəsinə və idxalına qarşı tədbirləri gücləndirəcək.
Rəsmi mövqeyə əsasən, bu geyimlər "Tacik mədəniyyətinə yad" hesab olunur.
Məlumatda bildirilir ki, qəbul edilən dəyişikliklər dini radikalizm və ekstremizmlə mübarizə tədbirlərinin bir hissəsi kimi təqdim edilir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)