Nəriman Həsənzadənin vəziyyəti yenidən ağırlaşdı

28 İyul 2026 10:27

Xalq şairi Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə açıqlama verib.

O bildirib ki, atasının vəziyyəti əvvəlcə yaxşılığa doğru getsə də, sonradan qəfil pisləşib.

"Yaxşı idi, düzəlirdi. Sonra birdən-birə ağırlaşdı. Yenidən süni tənəffüs aparatına qoşdular. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər. İnşallah, yaxşı olar", - deyə Nazim Həsənzadə bildirib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)