Daxili İşlər Nazirliyi iyulun 27-də ölkə ərazisində qeydə alınan cinayət və hüquq-mühafizə tədbirləri ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, ötən sutka ərzində qeydə alınan 38 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Həmçinin axtarışda olan ümumilikdə 103 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, narkotik vasitələrlə bağlı 10 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə əlaqədar isə 6 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 35 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)