İyulun 29-dan 5 məktəbdə sərbəst qəbul başlayacaq

28 İyul 2026 09:55

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 ümumi təhsil müəssisəsində I sinfə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul həyata keçiriləcək.

BŞTİ-dən verilən məlumata görə, qəbul prosesi iyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmələr üzrə başlayacaq.

Bildirilib ki, həmin tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ tətbiq edilməyəcək və valideynlər boş qalan yerlər üzrə sərbəst seçim edə biləcəklər.

Sərbəst qəbul aşağıdakı təhsil müəssisələrində aparılacaq:

Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb;
Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey;
Bakı şəhəri "Zəngi" liseyi;
Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;
Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)