Çində ard-arda zəlzələ oldu

28 İyul 2026 09:42

Çinin şimalında Qinghai əyalətində 5,8 və 5,6 maqnitudalı iki zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. 

Zəlzələlərdən birinin ocağı yerin 10 kilometr, digərinin ocağı isə 15 kilometr dərinliyində yerləşib. 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)