Bu gün Yasamal, Nərimanov və Xətaidə işıq kəsiləcək

28 İyul 2026 09:05

Elektrik enerjisinin verilişinin keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Bakının bir sıra ərazilərində planlı təmir-təftiş işləri aparılacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Mətbuat prospekti və Ayna Sultanova küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Nərimanov rayonunda isə İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində yerləşən hündürmərtəbəli yaşayış binalarında saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi mərhələli şəkildə dayandırılacaq.

Xətai rayonunda Məzahir Rüstəmov, Seyid Əzim Şirvani, Məhəmməd Hadi, Lütfi Zadə, Qaçaq Nəbi və Sarayevo küçələrində isə saat 10:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

"Azərişıq" ASC qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)